Ukraynadakı münaqişə Avropa birjalarının fəaliyyətinə ciddi təsir edib.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, iş gününün sonunda bütün birjalarda geriləmə qeydə alınıb.
İndekslərin geriləməsi Milan birjasında 4,14, Parisdə 3,94, Frankfurtda 3,85% olub.
Oxşar vəziyyət dünyanın digər birjalarında da qeydə alınıb.