Avropada qazın qiyməti 1 100 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 100 dollardan aşağı enib
# 29 aprel 2022 09:55 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

"APA-Economics" xəbər verir ki, 28 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 068,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 9% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR