Bank Of Baku

Avropada qazın qiyməti 1 400 dolları ötüb

Avropada qazın qiyməti 1 400 dolları ötüb
# 24 mart 2022 15:56 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarını ötüb.

"APA-Economics" xəbər verir ki, 24 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 430,5 dollar təşkil edib. Hərracın başlanğıcından qaz 7,7% bahalaşıb.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR