Bank Of Baku

Avropada qazın qiyməti tarixi maksimuma çatıb - YENİLƏNİB

Avropada qazın qiyməti tarixi maksimuma çatıb - YENİLƏNİB
# 03 mart 2022 12:53 (UTC +04:00)

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti dünən qeydə alınan rekordu yeniləyib.

"APA-Economics"in məlumatına görə, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 267 dollar təşkil edib, bu da gün ərzində 14,7%-lik artım deməkdir.

Qeyd edək ki, 2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 226 dollaradək yüksəlib.

***

12:06

Bu gün keçirilən hərracların zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 000 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 054,5 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi (1 900 dollar) ilə müqayisədə 8,1% çoxdur.

***

09:41

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

"APA-Economics"in məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 997 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 43% çoxdur.

Qeyd edək ki, 2 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 226 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR