Bakı Fond Birjasının dövriyyəsi 27 mlrd. manatı ötüb

Bakı Fond Birjasının dövriyyəsi 27 mlrd. manatı ötüb
# 12 yanvar 2024 17:04 (UTC +04:00)

2023-cü ildə Bakı Fond Birjasının (BFB) dövriyyəsi (qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi) 27,33 milyard manat təşkil edib.

"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Bu isə 2022-ci illə müqayisədə 83% çoxdur.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarın səhmləri üzrə ticarət həcmində 22%, korporativ qiymətli kağızların təkrar bazarın ipoteka istiqrazları üzrə isə 5% böyümə qeydə alınıb. Repo əməliyyatları üzrə 244% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 177% artım qeydə alınıb. 2023-cü ilin dekabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,09 milyard manat təşkil edib. Bu isə illik müqayisədə 22% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR