Bitkoinin qiyməti 20 noyabr 2021-ci il tarixindən bəri ilk dəfə olaraq 59 min dolları ötüb.
Bu barədə “APA-Economics” "Coindesk" platformasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, bitcoinin qiyməti öz artımını sürətləndirərək 59,461 dollara (+5,45%) çatıb.
Qeyd edək ki, cari ilin fevralın 26-dan Bitcoinin dəyəri 8 min dollardan çox artıb.