Avqustun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,78% – 35,064.25 bəndədək, S&P 500 indeksi 0,6% – 4,429.10 bəndədək, Nasdaq indeksi isə 0,78% – 14,895.12 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 5-də FTSE 100 indeksi 0,05% –7,120.43 bəndədək, Fransanın CAC-40 indeksi 0,52% – 6,781.19 bəndədək, Almaniyanın DAX indeksi isə 0,33% – 15,744.67 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,34% azalaraq 1 802,8 dollara bərabər olub.