Avqustun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 35,360.73 bəndədək, S&P 500 indeksi 0,13% – 4,522.68 bəndədək, Nasdaq indeksi isə 0,04% – 15,259.23 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 31-də FTSE 100 indeksi 0,40% – 7,119.70 bəndədək, Fransanın CAC-40 indeksi 0,11% – 6,680.18 bəndədək, Almaniyanın DAX indeksi isə 0,33% – 15,835.09 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,39% artaraq 1 815,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% azalaraq 1,1801 dollar təşkil edib.