Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,37% – 35,443.82 bəndədək, S&P 500 indeksi 0,28% – 4,536.95 bəndədək, Nasdaq indeksi isə 0,14% – 15,331.18 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 0,20% – 7,163.90 bəndədək, Fransanın CAC-40 indeksi 0,06% – 6,763.08 bəndədək, Almaniyanın DAX indeksi isə 0,10% – 15,840.59 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% artaraq 1 811,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1,1887 dollar təşkil edib.