Dekabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,61% – 35,970.99 bəndədək, S&P 500 indeksi 0,95% – 4,712.02 bəndədək, Nasdaq indeksi isə 0,73% – 15,630.60 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 10-da FTSE 100 indeksi 0,40% – 7,291.78 bəndədək, Almaniyanın DAX indeksi 0,10% – 15,623.31 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,24% – 6,991.68 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,18% artaraq 1,1313 dollar təşkil edib.