Dekabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,48% – 35,365.44 bəndədək, S&P 500 indeksi 1,03% – 4,620.64 bəndədək, Nasdaq indeksi isə 0,07% – 15,169.68 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 17-də FTSE 100 indeksi 0,13% – 7,269.92 bəndədək yüksəlib, Almaniyanın DAX indeksi 0,67% – 15,531.69 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,12% – 6,926.63 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,79% azalaraq 1,1246 dollar təşkil edib.