Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,45% –.36,068.87 bəndədək, S&P 500 indeksi 0,14% – 4,670.29 bəndədək enib, Nasdaq indeksi isə 0,05% – 14,942.83 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 10-da FTSE 100 indeksi 0,53% – 7,445.25 bəndədək, Almaniyanın DAX indeksi 1,13% – 15,768.27 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,44% – 7,115.77 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,33% artaraq 1,133 dollar təşkil edib.