Yanvarın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1,17% –.35,131.86 bəndədək, S&P 500 indeksi 1,89% – 4,515.55 bəndədək, Nasdaq indeksi isə 3,41% – 14,239.88 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 31-də FTSE 100 indeksi 0,02% – 7,464.37 bəndədək enib, Almaniyanın DAX indeksi 0,99% – 15,471.20 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,48% – 6,999.20 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,1243 dollar təşkil edib.