Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,63% – 35,629.33 bəndədək, S&P 500 indeksi 0,94% – 4,589.38 bəndədək, Nasdaq indeksi isə 0,50% – 14,417.55 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,63% – 7,583.00 bəndədək artıb, Almaniyanın DAX indeksi 0,04% – 15,613.77 bəndədək enib, Fransanın CAC-40 indeksi isə 0,22% – 7,115.27 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% azalaraq 1,1299 dollar təşkil edib.