Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,47% – 35,241.59 bəndədək, S&P 500 indeksi 1,81% – 4,504.08 bəndədək, Nasdaq indeksi isə 2,10% – 14,185.64 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 10-da FTSE 100 indeksi 0,38% – 7,672.40 bəndədək, Almaniyanın DAX indeksi 0,05% – 15,490.44 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0,41% – 7,101.55 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,4% azalaraq 1,1382 dollar təşkil edib.