Fevralın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 34 566,17 bəndədək, S&P 500 indeksi 0,38% – 4 401,67 bəndədək enib, Nasdaq indeksi isə dəyişməyərək 13 790,92 bənd səviyyəsində qalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 14-də FTSE 100 indeksi 1,69% – 7 531,59 bəndədək, Almaniyanın DAX indeksi 2,02% – 15 113,97 bəndədək, Fransanın CAC-40 indeksi isə 2,27% – 6 852,20 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,15% artaraq 1,1320 dollar təşkil edib.