Fevralın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,16% –. 34,934.27 bəndədək, Nasdaq indeksi 0,11% – 14,124.09 bəndədək enib, S&P 500 indeksi isə 0,09% – 4,475.01 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 16-da FTSE 100 indeksi 0,07% – 7,603.78 bəndədək, Almaniyanın DAX indeksi 0,28% – 15,370.30 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,21% – 6,964.98 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,36% azalaraq 1,1346 dollar təşkil edib.