Fevralın 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,42% – 33,596.61 bəndədək, Nasdaq indeksi 1,23% – 13,381.52 bəndədək, S&P 500 indeksi isə 1,01% – 4,304.76 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 22-də FTSE 100 indeksi 0,13% – 7,494.21 bəndədək artıb, Almaniyanın DAX indeksi 0,26% – 14,693.00 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,01% – 6,787.60 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1,1328 dollar təşkil edib.