Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,76% –. 33,294.95 bəndədək, Nasdaq indeksi 1,55% – 4,306.26 bəndədək, S&P 500 indeksi isə 1,59% – 13,532.46 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 1-də FTSE 100 indeksi 1,72% – 7,330.20 bəndədək, Almaniyanın DAX indeksi 3,85% – 13,904.85 bəndədək, Fransanın CAC-40 indeksi isə 3,94% – 6,396.49 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1,1122 dollar təşkil edib.