Martın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,79% – 33,891.35 bəndədək, S&P 500 indeksi 1,86% – 4,386.54 bəndədək, Nasdaq indeksi isə 1,62% – 13,752.02 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 2-də FTSE 100 indeksi 1,36% – 7,429.56 bəndədək, Almaniyanın DAX indeksi 0,69% – 14,000.11 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,59% – 6,498.02 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,2% azalaraq 1,1099 dollar təşkil edib.