Martın 11-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,69% – 32,944.19 bəndədək, "S&P 500" indeksi 1,30% – 4,204.31 bəndədək, "Nasdaq" indeksi isə 2,18% – 12,843.81 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 11-də "FTSE 100" indeksi 0,80% – 7,155.64 bəndədək, Almaniyanın "DAX" indeksi 1,38% – 13,628.1 bəndədək, Fransanın "CAC-40" indeksi isə 0,85% – 6,260.25 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,67% azalaraq 1,0912 dollar təşkil edib.