Martın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,69% – 32,945.24 bəndədək, S&P 500 indeksi 0,74% – 4,173.11 bəndədək, Nasdaq indeksi isə 2,04% – 12,581.22 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 14-də FTSE 100 indeksi 0,53% – 7,193.47 bəndədək, Almaniyanın DAX indeksi 2,21% – 13,929.11 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,75% – 6,369.94 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,39% artaraq 1,0982 dollar təşkil edib.