Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,27% – 34,955.89 bəndədək, S&P 500 indeksi 0,71% – 4,575.52 bəndədək, Nasdaq indeksi isə 1,31% – 14,354.90 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 0,14% – 7,473.14 bəndədək enib, Almaniyanın DAX indeksi 0,78% – 14,417.37 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,54% – 6,589.11 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% artaraq 1,0987 dollar təşkil edib.