Martın 31-də Amerika fond bazarında Dow Jones indeksi 1,56% –. 34,678.35 bəndədək, S&P 500 indeksi 1,57% – 4,530.41 bəndədək, Nasdaq indeksi isə 1,54% – 14,220.52 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 31-də FTSE 100 indeksi 0,83% – 7,515.68 bəndədək, Almaniyanın DAX indeksi 1,31% – 14,414.75 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,21% – 6,659.87 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,01% azalaraq 1,1064 dollar təşkil edib.