Mayın 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,99% – 32,245.7 bəndədək, S&P 500 indeksi 3,2% – 3,991.24 bəndədək, Nasdaq indeksi isə 4,29% – 11,623.25 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 9-da FTSE 100 indeksi 2,32% – 7,216.58 bəndədək, Almaniyanın DAX indeksi 2,15% – 13,380.67 bəndədək, Fransanın CAC-40 indeksi isə 2,75% – 6,086.02 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,16% artaraq 1,0578 dollar təşkil edib.