Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,26% –. 32,160.74 bəndədək enib, S&P 500 indeksi 0,25% – 4,001.05 bəndədək, Nasdaq indeksi isə 0,98% – 11,737.67 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 10-da FTSE 100 indeksi 0,37% – 7,243.22 bəndədək, Almaniyanın DAX indeksi 1,15% – 13,534.74 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,51 – 6,116.91 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1,0542 dollar təşkil edib.