İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,81% –. 32,910.90 bəndədək, S&P 500 indeksi 1,08% – 4,115.77 bəndədək, Nasdaq indeksi isə 0,73% – 12,086.27 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 8-də FTSE 100 indeksi 0,08% – 7,593.00 bəndədək, Almaniyanın DAX indeksi 0,76% – 14,445.99 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,8 – 6,448.63 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,1% artaraq 1,0725 dollar təşkil edib.