Avqustun 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,91% – 33,063.61 bəndədək, S&P 500 indeksi 2,14% – 4,137.99 bəndədək, Nasdaq indeksi 2,55% – 12,381.57 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 22-də FTSE 100 indeksi 0,22% – 7,533.79 bəndədək, Fransanın CAC-40 indeksi 1,8% – 6,378.74 bəndədək, Almaniyanın DAX indeksi isə 2,32% – 13,230.57 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,22% azalaraq 0,9921 dollar təşkil edib.