Avqustun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,47% – 32,909.59 bəndədək, S&P 500 indeksi 0,22% – 4,128.73 bəndədək enib, Nasdaq indeksi 12,381.57 bənd təşkil edib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 23-də FTSE 100 indeksi 0,61% – 7,488.11 bəndədək, Fransanın CAC-40 indeksi 0,26% – 6,362.02 bəndədək, Almaniyanın DAX indeksi isə 0,27% – 13,194.23 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11% azalaraq 0,9959 dollar təşkil edib.