Avqustun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,18% – 32,969.23 bəndədək, S&P 500 indeksi 0,29% – 4,140.77 bəndədək, Nasdaq indeksi 0,41% – 12,431.53 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 24-də FTSE 100 indeksi 0,22% – 7,471.51 bəndədək enib, Fransanın CAC-40 indeksi 0,39% – 6,386.76 bəndədək, Almaniyanın DAX indeksi isə 0,2% – 13,220.06 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,28% artaraq 0,9995 dollar təşkil edib.