Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,07% –. 31,318.44 bəndədək, S&P 500 indeksi 1,07% – 3,924.26 bəndədək, Nasdaq indeksi isə 1,31% – 11,630.86 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 1,86% – 7,281.19 bəndədək, Fransanın CAC-40 indeksi 2,21 – 6,167.51 bəndədək, Almaniyanın DAX indeksi isə 3,33% – 13,050.27 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11% artaraq 0,9955 dollar təşkil edib.