Oktyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,34% – 29,634.83 bəndədək, S&P 500 indeksi 2,37% – 3,583.07 bəndədək, Nasdaq indeksi isə 3,08% – 10,321.39 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 14-də FTSE 100 indeksi 0,12% – 6,858.79 bəndədək, Fransanın CAC-40 indeksi 0,9% – 5,931.92 bəndədək, Almaniyanın DAX indeksi isə 0,67% – 12,437.81 bəndədək yüksəlib.
Avro isə ABŞ dolları qarşısında 0,55% ucuzlaşaraq, 0.9722 dollar təşkil edib.