Noyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,31% – 32,827 bəndədək, S&P 500 indeksi 0,96% – 3,806.8 bəndədək, Nasdaq indeksi isə 0,85% – 10,564.52 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 7-də FTSE 100 indeksi 0,48% – 7,299.99 bəndədək enib, Almaniyanın DAX indeksi 0,55% – 13,533.52 bəndədək yüksəlib, Fransanın CAC-40 indeksi isə 6,416.61 bənd təşkil edib.
Avronun dəyəri isə ABŞ dolları qarşısında 0,13% azalaraq 1.0007 dollar təşkil edib.