Aprelin 21-də Amerika fond bazarında Dow Jones indeksi 0.07% – 33,808.96 bəndədək, S&P 500 indeksi 0.09% – 4,133.52 bəndədək, Nasdaq indeksi isə 0.11% – 12,072.46 bəndədək artıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında aprelin 21-də Almaniyanın DAX indeksi 0.54% – 15,881.66 bəndədək, FTSE 100 indeksi 0.15% – 7,914.13 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.51% - 7,577 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.15% dəyər qazanaraq 1.0986 dollara bərabər olub.