İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0.32% – 34,299.12 bəndədək, S&P 500 indeksi 0.37% – 4,409.59 bəndədək, Nasdaq indeksi 0.68% – 13,689.57 bəndədək azalıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında iyunun 16-da Almaniyanın DAX indeksi 0.41% – 16,357.63 bəndədək, FTSE 100 indeksi 0.19% – 7,642.72 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.34% - 7,388.65 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.07% dəyər itirərək 1.0937 dollara bərabər olub.