Sentyabrın 26-də Amerika fond bazarında Dow Jones indeksi 1.14% – 33,618.88 bəndədək, S&P 500 indeksi 1.47% – 4,273.53 bəndədək, Nasdaq indeksi isə 1.57 – 13,063.61 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 26-də Fransanın FTSE 100 indeksi 0.02% – 7,625.72 bəndədək artıb, CAC-40 indeksi 0.70% – 7,074.02 bəndədək, Almaniyanın DAX indeksi isə 0.97% – 15,255.87 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,13% azalaraq 1.0558 dollar təşkil edib.