Oktyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 1.58% – 32,928.96 bəndədək, S&P 500 indeksi 1.20% – 4,166.82 bəndədək, Nasdaq indeksi isə 1.16% – 12,789.48 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 30-da Fransanın FTSE 100 indeksi 0.50% – 7,327.39 bəndədək, CAC-40 indeksi 0.44% – 6,825.07 bəndədək, Almaniyanın DAX indeksi isə 0.20% – 14,716.54 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,18% azalaraq 1.0596 dollar təşkil edib.