Yanvarın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0.82% – 38,150.30 bəndədək, Nasdaq indeksi 2.23% – 15,164.01 bəndədək, S&P 500 indeksi isə 1.61% – 4,845.65 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 31-də Fransanın FTSE 100 indeksi 0.47% – 7,630.57 bəndədək, CAC-40 indeksi 0.27% – 7,656.75 bəndədək, Almaniyanın DAX indeksi isə 0.40% – 16,903.76 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,13% azalaraq 1.0804 dollar təşkil edib.