Aprelin 11-də Amerika fond bazarlarında "Dow Jones" indeksi 0.01% – 38,459.08 bəndədək azalıb, S&P 500 indeksi 0.74% – 5,199.06 bəndədək, Nasdaq indeksi isə 1.68% – 16,442.20 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə Fransanın CAC-40 indeksi 0.27% – 8,023.74 bəndədək, FTSE 100 indeksi 0,47% – 7,923.80 bəndədək, Almaniyanın DAX indeksi isə 0.79% – 17,954.48 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,34% azalaraq 1.0689 dollar təşkil edib.