Aprelin 19-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,56% –37,986.40 bəndədək artıb, S&P 500 indeksi 0,88% – 4,967.23 bəndədək, Nasdaq indeksi isə 2,05% – 15,282.01 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə aprelin 19-da Fransanın CAC-40 indeksi 0,01% – 8,022.41 bəndədək, Almaniyanın DAX indeksi isə 0,56% – 17,737.36 bəndədək enib, FTSE 100 indeksi 0,24% – 7,895.85 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% artaraq 1.0656 dollar təşkil edib.