Avqustun 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.21% – 40,347.97 bəndədək, S&P 500 indeksi 1.37% – 5,446.68 bəndədək, Nasdaq indeksi isə 2.30% – 17,194.14 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə avqustun 1-də FTSE 100 indeksi 1.01% – 8,283.36 bəndədək, Almaniyanın DAX indeksi 2.30% – 18,083.05 bəndədək, Fransanın CAC-40 indeksi isə 2.14% – 7,370.45 bənddək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% artaraq 1.0798 dollar təşkil edib.