Avqustun 9-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.13% – 39,497.54 bəndədək, S&P 500 indeksi 0.47% – 5,344.16 bəndədək, Nasdaq indeksi isə 0.51% – 16,745.30 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə avqustun 9-da FTSE 100 indeksi 0.28% – 8,168.10 bəndədək, Fransanın CAC-40 indeksi 0.31% – 7,269.71 bəndədək, Almaniyanın DAX indeksi isə 0.24% – 17,722.88 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1.0917 dollar təşkil edib.