Oktyabrın 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.14% – 42,454.12 bəndədək, S&P 500 indeksi 0.21% – 5,780.05 bəndədək, Nasdaq indeksi isə 0.05% – 18,282.05 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə oktyabrın 10-da Fransanın CAC-40 indeksi 0,24% – 7,541.59 bəndədək, Almaniyanın DAX indeksi 0.23% – 19,210.90 bəndədək, FTSE 100 indeksi 0.07% – 8,237.73 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.0936 dollar təşkil edib.