Noyabrın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,69% – 42,052.19 bəndədək, S&P 500 indeksi 0,41% – 5,728.80 bəndədək, Nasdaq indeksi isə 0,8% – 18,239.92 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə FTSE 100 indeksi 0,83% – 8,177.15 bəndədək, Almaniyanın DAX indeksi 0.93% – 19,254.97 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,80% – 7,409.11 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,46% azalaraq 1.0834 dollar təşkil edib.