Avqustun 3-də Amerika fond bazarında "Dow Jones" indeksi 1,29% –. 32,812.50 bəndədək, "S&P 500" indeksi 1,56% – 4,155.17 bəndədək, "NASDAQ" indeksi isə 2,59% – 12,668.16 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında avqustun 3-də "FTSE" 100 indeksi 0,49% - 7,445.68 bəndədək, Fransanın "CAC-40" indeksi 0,97 - 6,472.06 bəndədək, Almaniyanın "DAX" indeksi isə 1,03% - 13,587.56 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,21% azalaraq 1,0164 dollar təşkil edib.