Bank Of Baku

Əmtəə bazarlarında qızıl 3 720 dollardan yuxarı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 3 720 dollardan yuxarı səviyyədə ticarət olunur
# 16 sentyabr 2025 10:12 (UTC +04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,07% artaraq 3 721,42 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, dünən qızılın qiyməti növbəti dəfə tarixi maksimumunu yeniləyərək 3 722 dolları ötüb.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,41% artaraq 43,14 ABŞ dolları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR