Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,06% azalaraq 1 944,5 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Xəbərə görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,01% artaraq 24,83 dollar təşkil edib.