Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,03% artaraq 1 844,8 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,23% artaraq 23,86 dollar təşkil edib.