Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,4% artaraq 1 945,6 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Xəbərə görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,36% artaraq 24,82 dollar təşkil edib.