Bank Of Baku

Əsas kriptovalyuta birjaları Rusiyaya tam qadağa qoymayıb

Əsas kriptovalyuta birjaları Rusiyaya tam qadağa qoymayıb
# 03 mart 2022 16:34 (UTC +04:00)

"Binance" kriptovalyuta birjası sanksiyalara məruz qalan Rusiya banklarının kart sahiblərinin öz platformasında qəbul etməyəcək.

"APA-Economics" "Reuters"ə istinadən verdiyi məlumata görə, bu, bütöv bloklanma sayılmır və Ukrayna hökumətinin sorğusuna baxmayaraq, "Binance", "Kraken" və "Coinbase" birjaları Rusiya müştərilərinə tam qadağa qoymayıb.

Sözügedən platformalar istifadəçiləri yoxlayacaqlarını və yalnız sanksiyalara məruz qalanları blok edəcəklərini bildiriblər. Onlar qeyd edib ki, bütöv bir xalqın sistemdən kəsilməsi kriptovalyutaların hökumətin nəzarəti olmadan ödənişlərə çıxış təklif etmə ideyasına ziddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR